!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın iki klubunun rəsmi saytının işləməməsinin səbəbi açıqlandı

!Reklam – Yazi

Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən iki klubun rəsmi saytlarının işləməməsinin səbəbi müəyyənləşib.

Yenicag.az xəbər verir ki, bu barədə “Report”a “Kəpəz” və “Səbail” komandalarından məlumat verilib.

Gəncə təmsilçisinin mətbuat katibi Azad Mustafayev saytlarının olduğunu bildirib: “Amma hələlik sayt açılmır. Məlumatların yükləmə mərhələsi gedir”.

Paytaxt klubunun Media və Matketinq şöbəsinin rəhbəri Rəşad Məmmədov isə bu həftə ərzində yeni saytın təqdim olunacağını diqqətə çatdırıb: “Mən yeni təyin olunanda sayt sifariş olunmuşdu və tamamlama işləri qalmışdı. Daha sonra həmin şirkətlə görüşdük, bir aydır ki, onlarla sıx qrafiklə çalışırıq. Saytda əsas, əvəzedici komanda ilə yanaşı, akademiya və qızlardan ibarət komandamız haqqında da məlumatlar yer alacaq. Əsas işlər bitib, son tamamlama gedir”.

www.yenicag.az

565
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv