!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın imtina etdiyi Vaşinqton platforması: "Əgər yenidən görüş keçirilməsini istəyirlərsə..."

!Reklam – Yazi

“Azərbaycan faktiki olaraq, haqlı səbəblərdən planlanan görüşdən imtina etdi”.

Bunu Azərbaycanın noyabrın 20-si Vaşinqtonda keçirilməsi planlanan görüşdən imtina etməsinə və Ermənistanın dekonstruktiv mövqeyinin danışıqlara mümkün təsirindən danışan politoloq Turan Rzayev Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, ABŞ-nin və Avropanın son zamanlar sərgilədiyi mövqe vasitəçilik missiyasına uyğun deyil:

“Prezidenti İlham Əliyev danışıqların aparılması üçün Gürcüstan formatı ilə yanaşı, “3+3” formatını təklif etmişdi. Ancaq Ermənistanın israrla məsələni Qərb platformalarına daşıması, hətta 10 noyabr bəyanatından imtina edib yeni müqavilənin imzalanmasını istəməsi Azərbaycanın Vaşinqton görüşündən imtinasına səbəb oldu. Bakının arqumentləri haqlı və yerindədir.
ABŞ-nin və Avropanın son zamanlar sərgilədiyi mövqe vasitəçilik missiyasına uyğun deyil. Ermənistanın maraqları çərçivəsindən çıxış etmək, Azərbaycanı təhdid etmək, daha sonra isə sülhdən danışmaq mənasızdır. Azərbaycan faktiki olaraq, haqlı səbəblərdən planlanan görüşdən imtina etdi. Əgər yenidən görüş keçirilməsini istəyirlərsə, Azərbaycanın maraqları çərçivəsində mövqe sərgiləməli olacaqlar”.

Nəsimi Ələsgərli

www.yenicag.az

286
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv