!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın informasiya “CƏBHƏSİ”: “Rusiya bunu anlamırsa və ya anlamaq istəmirsə...” – ŞƏRH

!Reklam – Yazi

“Simonyanın mediası arabir belə gedişlər etsə də, növbəti mərhələdə yenə öz bildiyi kimi davranıb”.

Bu fikirləri Rusiyanın “RİA Novosti” Agentliyinin Azərbaycan ərazisindən bloklanmasından sonra bu tendensiyanın mümkün davamlılığı barədə danışan media eksperti Azər Həsrət Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan dövləti bu məsələdə qətiyyətli davranmalıdır:

“Mən bu çərçivədə müəyyən bir dəyişiklik müşahidə etmişəm və fikrimin davamında ona toxunacağam. Amma ümumi yanaşdıqda belə düşünürəm ki, dövlətimiz bu məsələdə daha qətiyyətli davranmalıdır. Söhbət tək “RİA Novosti”dən, getmir “Sputnik Azərbaycan”ın bağlanması hazırda bir nömrəli məsələdir.

Digər tərəfdən, Rusiya dövləti ilə bu yöndə uyğun səviyyədə danışıqlar aparılmalı və onlara anladılmalıdır ki, müttəfiqliyə doğru addımlar atılarkən iki ölkə arasında belə narazılıqlar yaşanmamalıdır. Rusiya bunu anlamırsa və ya anlamaq istəmirsə, Azərbaycan, ümumiyyətlə, müttəfiqlik istiqamətində atdığı addımlardan imtina etməlidir.

İndi isə “Sputnik”lə bağlı etdiyim müşahidəni bölüşmək istəyirəm. Bildiyiniz kimi, bu gün Ankarada Türkiyə və Rusiyanın xarici işlər nazirləri Mövlud Çavuşoğlu ilə Sergey Lavrov arasında görüş keçirilib. Çox maraqlıdır ki, həm “Sputnik Azərbaycan”, həm də “Sputnik Armeniya”nın bu görüşlə əlaqədar hazırladığı xəbərlərdə “Qarabağ”, “Dağlıq Qarabağ” ifadələri işlənməyib. Buna irəliləyiş kimi baxa bilərik.

Lakin unutmayaq ki, Simonyanın mediası arabir belə gedişlər etsə də, növbəti mərhələdə yenə öz bildiyi kimi davranıb. Ona görə də Azərbaycan dövləti məsələni konkret qoymalıdır və “Sputnik Azərbaycan” ölkədən çıxarılmalıdır”.

A.Zeynalov

www.yenicag.az

557
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv