!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın informasiya məkanı və İranın GERÇƏK NİYYƏTİ: “Dağıdılan casus şəbəkəsinin yerinə...”

!Reklam – Yazi

“İranın bəhs olunan niyyəti ikitərəfli münasibətlərin yaxşılaşdırılması yox, Azərbaycanın informasiya məkanında öz şəbəkəsini qurmaqdır”.

Bu fikirləi İran rejiminin ölkənin rəsmi informasiya agentliyi olan İRNA-nın Azərbaycan bölməsinin yaradılması qərarının arxasındakı səbəbləri dəyərləndirən Siyasi Texnologiyalar Mərkəzinin (STM) prezidenti Vəli Əlibəyov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, İranın bu addımını Azərbaycana münasibətdə atılmış xoş məram kimi qiymətləndirmək mümkün deyil:

“Fikrimcə, burada İranın əsas məqsədlərindən biri Azərbaycanın informasiya məkanında özünə yer etməkdir. Təbii, İran tərəfi bu qərarı özünün Azərbaycanla münasibətlərin inkişafına yönəlik “xoş məramı” ilə izah etməyə cəhd göstərə bilər, amma bu niyyəti başqa addımlarla da gerçəkləşdirmək mümkün idi.

Məsələn, Tehranın deyilən niyyəti həqiqətən, səmimidirsə, o zaman bunu İranda əsassız həbs olunan azərbaycanlı tələbəni azad etmək, yaxud da səfirliyimizə edilmiş terror hücumunun təşkilatçılarını üzə çıxarıb cəzalandırmaqla da göstərmək olardı.

Lakin gördüyümüz kimi, İran bu yanaşmasını özünün dövlət informasiya agentliyinin Azərbaycan bölməsinni açmaqla nümayiş etdirmək istəyir. Bu isə onu deməyə əsas verir ki, İranın bəhs olunan niyyəti ikitərəfli münasibətlərin yaxşılaşdırılması yox, Azərbaycanın informasiya məkanında öz şəbəkəsini qurmaqdır.

Gerçək məqsəd isə nəticədə informasiya agentliyi pərdəsi arxasında müəyyən işlərin görülməsinə şərait yaratmaqdır. Bilirik ki, son dövrlərdə Azərbaycanın xüsusi xidmət orqanları İranın ölkəmizdəki çoxsaylı şəbəkəsini ifşa və darmadağın edib. Yəqin bu da dağıdılan şəbəkənin yerinə yeni bir şəbəkənin yaradılması üçün atılan addımdır”.

A.Zeynalov

www.yenicag.az

459
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv