!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 200-dən çox baza stansiyası var - FOTO

!Reklam – Yazi

Hazırda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 203 baza stansiyası quraşdırılıb və onların hər biri istismardadır.

Yenicag.az xəbər verir ki, bunu Füzuli Beynəlxalq Hava Limanında keçirilən Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə işçi qrupunun iclasında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib.

“Həmin ərazilərdəki Şuşa və digər şəhərlər GPON texnologiyalarına uyğun telefon və sürətli internetlə təmin olunub. O cümlədən Şuşada 77 abunəçi, Zəngilan rayonunun Ağalı kəndində isə 86 abunəçi müasir texnologiyalara uyğun telefon və sürətli internetlə təmin edilib. Bu işlər davam etdirilir”, – deyə o qeyd edib./Apa/

www.yenicag.az

177
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv