!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Azərbaycanın İsrail və Fələstinlə əlaqələrinin yaxşılaşdığını görən İran bilərəkdən..." - ŞƏRH

!Reklam – Yazi

“Münasibətlərin normallaşdırılması üçün İran Azərbaycana qarşı düşmənçilik siyasətindən daşınmalı, Ermənistanın pozuculuq fəaliyyətini dəstəkləməməlidir”.

Bunu İran səfirliyinin dörd əməkdaşının diplomatik statusa uyğun olmayan fəaliyyətinə görə Azərbaycan ərazisini tərk etməsi tələbinin gərgin münasibətlərə necə təsir edəcəyi barədə danışan politoloq Sədrəddin Soltan Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, İran atdığı addımlarla onsuz da gərgin olan münasibətləri daha dərinləşdirir:

“Azərbaycan konsulluğunun İsrail “Mossad”ının casus yuvası adlandırılması və İran parlamentində Azərbaycana qarşı hədə dolu bəyanatın qəbul edilməsi İranın Azərbaycana qarşı olan mövqeyinin nümayişidir. Azərbaycanın İsraillə olan əlaqələrinə İranın müdaxilə etməyə çalışması beynəlxalq hüquqa tamamilə zidd addımdır. Azərbaycanın İsrail və Fələstinlə əlaqələrinin yaxşılaşdığını görən İran bilərəkdən ölkəmizə qarşı terror addımları atır. Tehran hakimiyyəti Azərbaycan üçün təhlükəli amilə çevrilib.

İranın Azərbaycandakı səfirliyinin maşınından terrorda istifadə oluna biləcək alətlər tapılmışdı. Həmin zaman Azərbaycan İrandan məsələ ilə bağlı açıqlama istədi. Qarşılığında isə nə gördük? İran Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu təşkil etdi. Bu baxımdan, İranın Azərbaycandakı dörd diplomatının istənməyən şəxs elan edilməsi məntiqi addımdır.

İranla olan gərgin münasibətin yaxın perspektivdə düzələcəyi gözlənilmir, əksinə daha da ağırlaşacaq. Münasibətlərin normallaşdırılması üçün İran Azərbaycana qarşı düşmənçilik siyasətindən daşınmalı, Ermənistanın pozuculuq fəaliyyətini dəstəkləməməli, Tehranda fəaliyyət göstərən Azərbaycan səfirliyinə terror hücumunu gerçəkləşdirən şəxsi cəzalandırmalı, Cənubi Qafqazda baş verən proseslərə yersiz müdaxilədən əl çəkməlidir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

404
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv