!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərbaycanın münaqişələrlə bağlı mövqeyində heç bir dəyişiklik yoxdur” - Deputatın ŞƏRHİ

!Reklam – Yazi

“İki qardaş ölkənin prezidentinin Rusiya-Ukrayna gərginliyini aradan qaldırmaq üçün vasitəçilik potensialı kifayət qədər böyükdür”.

Bu fikirləri Rusiyanın Ukraynadakı separatçı rejimlərin müstəqilliyini tanımasının Azərbaycanın Ukrayna və Rusiya ilə münasibətlərinə mümkün təsirini dəyərləndirən Milli Məclisin deputatı Elman Nəsirov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan dövləti bütün ölkələrin ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını tanıyır:

“Əvvəla, onu qeyd edim ki, Dövlət Dumasının məlum müraciətindən sonra Rusiya prezidenti Vladimir Putinin “DXR” və “LXR”-in müstəqilliyini tanıması gözlənilən idi, proqnozlaşdırılırdı. Bu addımın atılması Rusiyanın Ukrayna və Qərblə münasibətlərindəki gərginliyin son dərəcə yüksəlməsi, müharibənin hər an başlaya biləcəyi fonunda baş verdi.

Bəli, Azərbaycanın belə bir vəziyyətdə necə mövqe tutması əhəmiyyətli məsələdir. Bildiyiniz kimi, Azərbaycanın Ukrayna ilə münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir. Azərbaycan Prezidentinin bu il yanvarın 14-də Ukraynaya səfəri baş tutdu və bu çərçivədə altı mühüm sənəd imzalandı. Azərbaycan Rusiya ilə strateji tərəfdaşlıq münasibətlərinə malik idi, bu gün isə onun müttəfiqlik münasibətləri səviyyəsinə qalxması gözlənilir, bu baş verəcək.

Əslində, Azərbaycanın münaqişələrlə bağlı mövqeyində heç bir dəyişiklik yoxdur. Azərbaycan dövləti bütün ölkələrin ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını tanıyır. O cümlədən, Ukraynaya da, Rusiyaya da münasibətdə bu mövqe belədir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Rusiya səfəri çərçivəsində Rusiya-Ukrayna və Rusiya-Qərb münasibətlərinin müzakirə ediləcəyi də şübhə doğurmur. Hətta Azərbaycan prezidentinin bu iki ölkə arasında yaranmış son dərəcə mürəkkəb durumda vasitəçilik missiyasını ortaya qoyması da mümkündür və bu, istisna deyil. Azərbaycan prezidenti vaxtilə Rusiya-Türkiyə münasibətləri gərginləşərkən, uğurlu vasitəçilik missiyası nümayiş etdirib.

Nəzərə alsaq ki, Türkiyə Prezidenti cənab Ərdoğan da Rusiya-Ukrayna münasibətlərindəki gərginlikdə həyata keçirdiyi vasitəçilik missiyasında ilkin addımlar atıb, bu şəraitdə iki qardaş ölkənin prezidentinin Rusiya-Ukrayna gərginliyini aradan qaldırmaq üçün vasitəçilik potensialı kifayət qədər böyükdür.

Digər tərəfdən, qeyd etmək istərdim ki, Rusiyanın “DXR” ilə “LXR”-in müstəqilliyini tanımasından erməni separatçılarının ruhlanmasının heç bir əhəmiyyəti yoxdur. Rusiya 2008-ci ildə Abxaziya ilə Cənubi Osetiyanın da müstəqilliyini tanımışdı. Amma bu hal erməni separatçılarının da tanınması ilə nəticələnmədi. Heç Ermənistanın özü də otuz ilə ərzində bu addımı ata bilməmişdi. İndi Azərbaycan-Rusiya münasibətlərinin müstəqillik səviyyəsinə qalxacağı ərəfədə erməni separatçılarının tanınması qətiyyən mümkün görünmür”.

A.Zeynalov

www.yenicag.az

509
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv