!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərbaycanın nə indi, nə də gələcəkdə geri addım atması istisnadır” – AKP-li deputat

!Reklam – Yazi

“Bölgədə davamlı sülhün təmin olunması üçün Ermənistan üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirməlidir”.

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Brüsseldə baş tutan danışıqları dəyərləndirən Türkiyə Böyük Millət Məclisinin (TBMM) hakim AKP-dən olan deputatı Şamil Ayrım Yenicag.az-a açıqlamasında deyib.

Millət vəkilinin sözlərinə görə, regionda uzunmüddətli sabitliyin təmin olunmasının yolu Ermənistanın öz öhdəliklərini yerinə yetirməsindən keçir:

“Bildiyiniz kimi, Azərbaycan və Ermənistan liderləri daha əvvəl də Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin təşəbbüsü ilə bir araya gələrək müzakirə aparmışdılar. Məncə, Brüsseldəki görüşə də həmin danışıqların davamı kimi yanaşmaq olar.

Hər halda, danışıqların nəticəsinə dair tam detallı məlumat olmadığından bunu söyləyə bilərik ki, cənab İlham Əliyev masada Azərbaycanın mövqeyini və tələblərini qəti formada ifadə edib.

Hazırda elə bir vəziyyət yaranıb ki, 44 günlük müharibədən sonra konkret addım atmalı tərəf Ermənistandır. Amma bu ölkə öz öhdəliklərini yerinə yetirməmək bir yana, müntəzəm qaydada atəşkəsi pozmaqda davam edir və minalanmış ərazilərin dəqiq xəritəsini verməkdən yayınır.

Bu kimi məqamlar sülh sazişinin imzalanması və regionun inkişaf mərhələsinə keçməsini əngəlləyən əsas səbəblərdir. Bölgədə davamlı sülhün təmin olunması üçün Ermənistan üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirməlidir. Azərbaycanın isə nə indi, nə də gələcəkdə geri addım atması istisnadır”.

A.Zeynalov

www.yenicag.az

473
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv