!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın neft və qaz gəliri BƏRABƏRLƏŞDİ

!Reklam – Yazi

2023-cü ildə Azərbaycanın neft və qaz satışından gəliri bərabərləşib.

Yenicag.az rəsmi məlumatlara istinadən xəbər verir ki, ilk 4 ayda Azərbaycan 5,71 milyard dollar dəyərində neft, 5,42 milyard dollar dəyərində təbii qaz satıb.

Aradakı cüzi fərqi nəzərə almasaq, deyə bilərik ki, bu il ölkəmiz neft və qaz satışından eyni məbləğdə gəlir əldə edib.

Qaz gəlirlərinin artmasının səbəbi ölkəmizin bu xammalı daha yüksək qiymətə satması ilə bağlıdır.

Belə ki, bu il 6,513 milyard kubmetr qaz ixrac edilib və ixrac edilən hər 1000 kubmetr qazın qiyməti 833 dollara satılıb. Amma ötən ilin ilk 4 ayında 7,23 milyard kubmetr qaz ixrac olunub və satılan qazın hər 1000 kubmetrinin qiyməti 577 dollar təşkil edib.

Bu il ixrac olunan qazın həcminin azalmasına baxmayaraq, qiymətlərin 44 faizdən çox artması Azərbaycanın qaz gəlirlərini kəskin artırıb.

Ölkəmizdən ixrac edilən qazın qiymətinin yüksəlməsinin əsas səbəbi Avropaya əlavə qaz satışının həyata keçirilməsidir. Əlavə qaz cari qiymətlərlə satıldığından Azərbaycan daha çox gəlir əldə edib.

Ümimilikdə, dinamika göstərir ki, ən geci 2024-cü ildən Azərbaycanın qazdan əldə etdiyi gəlir neftlə eyni səviyyəyə çatacaq, daha sonra isə qaz gəlirlərimiz daha çox olacaq.

www.yenicag.az

324
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv