!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın pomidor ixracından gəlirləri 7%-dən çox aşağı düşüb

!Reklam – Yazi

Yanvar-sentyabr aylarında 124 milyon 294,8 min dollar dəyərində 112 min 71,52 ton pomidor ixrac edilib.

Azərbaycanın 9 ayda meyvə-tərəvəz ixracından gəlirləri 7%-dən çox artıb

Yenicag.az Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara istinadən xəbər verir ki, ixrac göstərciləri məbləğ ifadəsi ilə 9 milyon 984,53 min dollar (7,4%), miqdar ifadəsi ilə 282,64 ton (0,3%) azalıb.
Keçən ilin yanvar-sentyabr aylarında xaricə 134 milyon 279,33 min ABŞ dolları dəyərində 112 min 354,16 ton pomidor ixrac edilmişdi.

Beləliklə bir ton pomidorun ixrac qiyməti bu il 1109 dollar, ötən ilin müvafiq dövründə 1195 dollar təşkil edib. Bu göstərici son bir ildə 86 dollar, başqa sözlə 7,2% azalıb.

Qeyd edək ki, cari ilin yanvar-sentyabr aylarında pomidorun ümumi ixracda xüsusi çəkisi 0.47%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 5.11%-ə bərabər olub.

Keçən ilin yanvar-sentyabr aylarında meyvə-tərəvəzin ümumi ixracda xüsusi çəkisi 0.45%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 6,34%-ə bərabər olub.

www.yenicag.az

200
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv