!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın qaz ixracından hasilatı azaldı

!Reklam – Yazi

Azərbaycanın qaz ixracından hasilatı 2023-cü ilin ilk 9 ayı ərzində ötən ilin analoji dövründəki 12,1 milyard dollarla müqayisədə 11,4 milyard dollar olub.

Yenicag.az bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir.

Beləliklə, Azərbaycanın təbii qaz ixracından hasilatı illik hesablamada 5,7 faiz olub.

Bununla belə, Azərbaycandan təbii qaz ixracı 2023-cü ilin ilk 9 ayında 2022-ci ilin eyni dövründəki 16,6 milyard kubmetrdən 20,4 milyard kubmetrədək çatıb.

DGK-nin məlumatlarına görə, hesabat dövründə Azərbaycanın ümumi ixrac həcmində təbii qazın payı ötənilki 41 faizlə müqayisədə 43,07 faiz olub.

Qeyd edək ki, Azərbaycan Cənub Qaz Dəhlizi ilə Avropaya qaz tədarükünü 31 dekabr 2020-ci ildə başladıb. Bu il Azərbaycan Avropaya 12 milyard kubmetr qaz ixrac etməyi planlaşdırır.

www.yenicag.az

231
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv