!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın qeyri neft-qaz mallarının ixracı 1,46 milyard dolları ötdü

!Reklam – Yazi

Azərbaycanın 2023-cü ilin yanvar-may ayları ərzində ixrac etdiyi qeyri neft-qaz mallarının dəyəri 1,465 milyard dolları ötüb.

Yenicag.az Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə qeyri neft-qaz mallarının ixrac dəyəri 22,1 faiz, yəni 265 milyon dollar artıb. Ötən ilin yanvar-may ayları ərzində ölkəmizdən 1,2 milyard dollar dəyərində qeyri neft-qaz malları ixrac olunmuşdu.

May ayında bu növ malların ixracı 278 milyon dollar olub ki, burada da 26 faiz artım deməkdir.

Xatırladaq ki, ötən il ərzində Azərbaycan 3,048 milyard dollar dəyərində qeyri neft-qaz malları satmışdı. 2022-ci ildə həmin malların ixracında 12,3 faiz artım qeydə alınmışdı.

Əgər bu ilin ilk 5 ayında qeyri neft-mallarındakı artım tempi ilin sonuna qədər qorunarsa, o halda, 2023-cü ildə qeyri neft-qaz mallarının ixrac dəyəri 3,5 milyard dollar ola bilər.

//sfera.az

www.yenicag.az

212
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv