!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın QHT təmsilçiləri Ankarada səfir Rəşad Məmmədovla görüşdülər

!Reklam – Yazi

Ankarada səfərdə olan Azərbaycanım bir qrup vətəndaş cəmiyyəti nümayəndələri ölkəmizin qardaş Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovla görüşüb.

Yenicag.az xəbər verir ki, Azərbaycanın Türkiyədəki Səfirliyində keçirilən görüşdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Prezident Administrasiyasının məsul əməkdaşı Əli Pənahov, Azərbaycan Türkiyə Evinin və Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov, xüsusi təyinatlı qazimiz Bəhruz Məmmədzadə və digər QHT sədrləri iştirak ediblər.

Görüş zamanı Ankarada Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar təşkil olunan tədbirlərin əhəmiyyəti vurğulanıb, Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı müzakirə olunub.

Qeyd edək ki, nümayəndə heyəti Türkiyəyə səfər çərçivəsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində keçirilmiş anım tədbirində iştirak etməklə yanaşı, bir sıra görüşlər keçirəcək və dağıdıcı zəlzələyə məruz qalan Qəhrəmanmaraş bölgəsini ziyarət edəcək.

www.yenicag.az

360
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv