!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın QIRMIZI XƏTTİ: "Görüşdən qayıdan kimi İlham Əliyev əmr edəcək ki..." - İLGİNC AÇIQLAMA

!Reklam – Yazi

“Görüşdən qayıdandan sonra İlham Əliyev əmr edəcək ki, erməni silahlıları məhv edilsin”.

Bu sözləri Qarabağ ətrafında gərginlik və gözlənilən nəticələri şərh edən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Zərdüşt Əlizadə bildirib ki, erməni silahlılarının çıxması Azərbaycanın qırmızı xəttidir:

“Vəziyyət çox aydındır. Ermənistan, konkret baş nazir Nikol Paşinyan ordunu Qarabağdan çıxarmaqla bağlı əmr verməkdən çəkinir. O, bilir ki, ona qarşı qiyam, üsyan olacaq. Azərbaycan qəti tələb edir ki, silahlılar çıxsın. Brüsseldə görüş olacaq, o zamana qədər Paşinyan ordunu çıxarmalıdır. Əgər çıxarmasa, görüşdən qayıdandan sonra İlham Əliyev əmr edəcək ki, erməni silahlıları məhv edilsin. Bunun müsbət təsiri olacaq. Əgər silahlılar özləri getsəydi, təbii ki, bir hissə qalacaqdı. Yox, Azərbaycan onların çıxması üçün əməliyyat keçirsə, hamısı gedəcək”.

Səxavət Məmməd

www.yenicag.az

456
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv