!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycanın sambo millisi İrəvana getmədi - AÇIQLAMA

!Reklam – Yazi

Azərbaycan Sambo Federasiyası Ermənistanın paytaxtı İrəvanda keçirilmiş Avropa çempionatında iştirakdan imtina etmələrinin səbəbini açıqlayıb. Federasiya bu haqda bəyanat yayıb.

Yenicag.az xəbər verir ki, bəyanatda bildirilib:

“Azərbaycan və Türkiyə millilərinin 10-12 noyabr tarixlərində Ermənistanın paytaxtı İrəvanda keçirilmiş sambo üzrə dünya çempionatında iştirak etməməsinin səbəbi KİV-ə yalan məlumat ötürülməklə çatdırılmışdır. Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman naziri Karen Qiloyanın yerli mətbuata açıqlaması yalan və böhtanla doludur.
Bildirmək istəyirik ki, Azərbaycan Sambo Federasiyası Beynəlxalq Sambo Federasiyası (FIAS) tərəfindən diskvalifikasiya olunmayıb. Buna bariz nümunə FIAS-a 18 oktyabrda göndərdiyimiz rəsmi məktubdur. Orada göstərilib ki, aprel ayında İrəvanda keçirilmiş ağırlıqqaldırma üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan dövlət bayrağı yandırılıb.

İdman dəyərlərinə sığmayan bu hərəkəti və idmançılarımızın təhlükəsizliyinin qoruna bilinməyəcəyini nəzərə alaraq yarışda iştirak etməyəcəyimizi bildirmişik.

Bundan əlavə, Azərbaycan millilərinin diskvalifikasiya olunmamasını göstərən digər amil 6-8 oktyabrda Qırğızıstanın paytaxtı Bişkekdə keçirilmiş yeniyetmə və gənclər arasında dünya çempionatında sambo millimizin iştirakıdır. Ermənistan KİV-dən məlumatı yayarkən səhv məlumat yaymamağa, verilən istənilən açıqlamanı beynəlxalq qurumlar vasitəsilə dəqiqləşdirməyə çağırırıq”.

www.yenicag.az

191
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv