!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın səfirliyinə hücum edən şəxsin məhkəməsi keçirildi

!Reklam – Yazi

Azərbaycan Respublikasının İrandakı səfirliyinə hücum edən şəxsin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Yenicag.az xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.

Həmin şəxs səfirlik daxilində odlu silahdan istifadə etməklə Azərbaycan Respublikası vətəndaşını qəsdən öldürməkdə, qanunsuz silah saxlamaqda, gəzdirməkdə və ictimai asayişi pozmaqda ittiham olunur.

İttiham aktı oxunduqdan sonra müttəhim və onun vəkili müdafiə çıxışı edib. Sonda hakim cinayət işi üzrə icraatın başa çatdığını elan edib və məhkəmə sədri qanuni zaman çərçivəsində qərarın veriləcəyini bildirib.

Qeyd edək ki, 27 yanvar 2023 tarixində Azərbaycanın Tehrandakı səfirliyinə qarşı terror aktı törədilib. Terror aktı nəticəsində səfirliyin bir əməkdaşı şəhid olub, iki əməkdaşı isə yaralanıb.

www.yenicag.az

132
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv