!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın sənaye zonalarından ixrac 55 faiz artdı

!Reklam – Yazi

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın sənaye zonalarında istehsal olunmuş məhsulların dəyəri ötən ilin eyni dövrünə nisbətən 41,5% artaraq təxminən 2,1 milyard manat, zonalardan ixracın dəyəri isə illik müqayisədə 55,3% artaraq 846 milyon manat təşkil edib.

Yenicag.az xəbər verir ki, bunu İqtisadiyyat Naziri Mikayıl Cabbarov “Twitter”də bildirib.

“Bu dövrdə sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 16,6%, ixracında isə 33,3 % olub. İndiyə qədər sənaye zonalarında 8 milyard manat dəyərində məhsul istehsal edilib və bunun 2,6 milyard manatlıq hissəsi ixrac olunub”, – deyə nazir əlavə edib.

www.yenicag.az

338
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv