!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın şərtləri və DİQTƏ TONU: “Ermənilər bununla razılaşmaq istəməsələr də...”

!Reklam – Yazi

“Qərbin indiki mövqeyi Azərbaycanı haqlı olaraq Brüssel və Vaşinqton görüşlərindən imtinaya sövq edir”.

Bu fikirləri sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın diqtə mövqeyindən çıxış etməsinin erməni cəmiyyətində doğurduğu reaksiyanı dəyərləndirən politoloq Abutalıb Səmədov Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, ermənilər yanlarında iki iri güc mərkəzi olduğu üçün Azərbaycanın onlara öz şərtlərini diqtə edə bilməyəcəyini düşünürlər:

“Sülh müqaviləsinin imzalanması üçün şərtlər diqtə etmək Azərbaycanın təbii hüququdur. Erməni politoloqları və siyasi cameəsi isə bununla barışmaq istəmir. İstər müharibə dövrü, istərsə də sonrakı dönəmdə Azərbaycanın qarşısında yalnız Ermənistan dayanmamışdı. Hər zaman Fransa və Rusiya Azərbaycana qarşı aktiv şəkildə siyasət yürüdüb. Müharibə bitdikdən sonra bu prosesə ABŞ da qoşuldu.

Müharibədən keçən üç il ərzində biz Rusiyanı bu iki iri dövlətdən ayıra bildik. Xüsusilə, son hadisələr zamanı Rusiya ermənilərin gözlədiyi təzyiqi Azərbaycana göstərmədi. Hətta müəyyən məqamlarda Azərbaycanın yanında oldu. BMT Təhlükəsizlik Şurasının keçirilən iki iclasında bizə qarşı qətnamələrin qəbul edilməməsində Rusiyanın rolunun olduğu şübhəsizdir.

İndiki şəraitdə Qərb Azərbaycana qarşı açıq düşmənçilik xətti tutub. Əlavə olaraq, Ermənistanın sülh danışıqlarına getməyini də yasaqlayıblar. Eyni zamanda, sülh danışıqlarının yalnız Vaşinqtonda, yaxud Brüsseldə keçirilməyini tələb edir. Bu isə nəticədə sülh sazişinin imzalanmasını ləngidir. Ermənistanın güvəndiyi əsas məqam da elə budur.

Qərb aktiv şəkildə Ermənistanı müdafiə edir. Ermənilər yanlarında iki iri güc mərkəzi olduğuna görə Azərbaycanın onlara öz şərtlərini diqtə edə bilməyəcəyini düşünürlər. Qərbin Azərbaycana qarşı mövqeyi son bir il ərzində azı iki dəfə dəyişib. Əvvəlcə nisbətən ədalətli mövqe tutan və ortaya Vaşinqton variantı adlı çox mütərəqqi sənədi qoyan Qərb sonradan açıq düşmənçiliyə keçdi.

Azərbaycan prezidenti İlham Əliyev Münxendəki Təhlükəsizlik Konfransında Vaşinqton və Brüssel təkliflərinin Azərbaycanı daha çox qane etdiyini bildirmişdi. Ancaq təəssüf ki, Qərbin indiki mövqeyi Azərbaycanı haqlı olaraq Brüssel və Vaşinqton görüşlərindən imtinaya sövq edir. Bu səbəbdən, Ermənistanla Gürcüstanda, yaxud sərhəddə görüş təklif etsək də, qarşı tərəf bundan yayındı. Qərb sülh istiqamətində addımların atılmasına imkan vermir. Belə olduğu halda isə prosesin uzanacağı gözlənilir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

225
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv