!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın taxıl təhlükəsizliyi: "Builki idxal qiymətləri yüksələcək" - PROQNOZ

!Reklam – Yazi

“Azərbaycanda  istehlakçılar yeni qiymət artımına hazırlaşmalıdırlar”.

Yenicag.az xəbər verir ki, bu sözləri dünya bazarında buğdanın qiymətinin bahalaşmasına səbəb olan amilləri dəyərləndirən iqtisadçı Qubad İbadoğlu deyib.

Onun sözlərinə görə, ərzaq buğdasına çıxışın məhdudlaşması idxalatçı ölkələr, həmçinin ölkəmiz üçün problemli olacaq:

“Qiymətlərin bahalaşmasını şərtləndirən amillər Rusiyanın Ukraynaya hərbi müdaxiləsi  nəticəsində təcazüvə məruz qalan ölkədə istehsal imkanlarının  azalması və  əsas ixracatçı ölkələrdə satışa tətbiq edilən qadağalardır. Rusiya buğdanın ixracına iyunun 30-dək qadağa qoyub, Qazaxıstan isə ixracata kvota tətbiq edib, Çində buğda ixracı qadağa olunub. Bu yaxınlarda Hindistan əsas taxıl məhsullarının ixracını qadağan etdikdən sonra da beynəlxalq bazarlarda buğdanın qiyməti yenidən qalxıb. Çikaqoda etalon buğda indeksi 5,9 faizə qədər yüksəlib ki, bu da son iki ayın ən yüksək göstəricisidir. Ümumilikdə, son aylarda dünya əmtəə bazarlarında buğdanın qiymətinin qalxması nəticəsində çörəkdən tutmuş makarona qədər hər şeyin qiyməti bahalaşıb. Bu vəziyyət bəzi ölkələrdə, o cümlədən İranda  kütləvi etiraz aksiyalarına gətirib çıxarıb.

Azərbaycan isə dünya bazarında yaranmış  durumu düzgün qiymətləndirməli və taxıl təhlükəsizliyi üçün vaxtında qərarlar qəbul etməlidir. Şübhəsiz ki, builki idxal qiymətləri əvvəlkindən yüksək olacaq. Ona görə də Azərbaycanda istehlakçılar yeni qiymət artımına hazırlaşmalıdırlar”.

Gülşən Şərif

www.yenicag.az

393
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv