!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərbaycanın tələbləri regional-qlobal xarakter daşıyır” - ŞƏRH

!Reklam – Yazi

“Gürcüstanla əldə olunan razılıq özü də məcburetmə vasitəsidir”.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana səfəri fonunda yaranmış vəziyyəti şərh edən politoloq Əlimusa İbrahimov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, məcburetmə dedikdə bir çoxu hərb gücündən istifadə başa düşür:

“Hərbi güc tətbiqetmə son seçimdir. Ekspertlərin dediyi kimi, hərb siyasətin başqa yolla davamıdır. Hərbi gücdən istifadəyə qədər bir sıra işlər görülür. Məcburetmə digər ölkələr, iqtisadi əlaqələr, sərhədləri bağlamaq vasitəsilə icra olunur.

Prezident İlham Əliyev Gürcüstana səfər etdi. Səfər çərçivəsində geniş müzakirələr aparıldı, müəyyən razılıq əldə olundu. Kommunikasiyanın inkişafı, Ermənistan və İran ərazisindən keçəcək kommunikasiya xətlərinin Gürcüstan ərazisindən çəkilməsi əsas müzakirə mövzusu idi. Gürcüstanla əldə olunan razılıq özü də məcburetmə vasitəsidir. Ermənistan sülhə razı olmasa, Azərbaycan hərb yolu ilə istəyinə nail olacaq. 30 il boyu danışıqların fayda vermədiyini gördük. Nəticəsini isə 44 günlük “Vətən” müharibəsində müşahidə etdik.

Azərbaycanın Ermənistandan etdiyi tələblər həm regional, həm də qlobal xarakter daşıyır. Rusiya Zəngəzur dəhlizinin açılmasında, delimitasiya və demarkasiya məsələsinin həllində, Türkiyə, ABŞ və Avropa isə sülh müqaviləsinin imzalanmasında, sülhün təmin olunmasında maraqlıdır”.

Nəsimi Ələsgərli

www.yenicag.az

368
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv