!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycanın "TikTok" "ulduzu" olan siyasətçiləri: Populyar platformada kim nə qədər aktivdir? - SİYAHI / FOTO

!Reklam – Yazi

Dünya əhalisinin maraqla vaxt keçirdiyi sosial şəbəkə platformalarından biri olan “TikTok” Azərbaycanda sıravi vətəndaşlarla yanaşı siyasətçilərin də marağını cəlb edib.

Yenicag.az həmin siyasətçilərin adlarını sizə təqdim edir:

“Tiktok”un ən məhşur azərbaycanlı siyasətçilərindən biri Ağ Partiya sədri Tural Abbaslıdır. Belə ki, onun səhifəsi 108 min izləyici ilə siyahıda ilk yerdədir.

Milli Cəbhə Partiyası sədri Razi Nurullayev bu siyahıda ikinci yeri tutur. Razi Nurullayevin “Tiktok”da 16 min izləyicisi var.

Hafiz Hacıyev Müasir Müsavat Partiyası sədri olaraq siyahının üçüncüsüdür. Onun həmin sosial şəbəkədə 15 min izləyicisi var.

Bu sosial şəbəkədə aktivliyinə görə siyahının dördüncü yerində Respublikaçı Alternativ Partiyasın sədri İlqar Məmmədov dayanır. İlqar Məmmədovun səhifəsinin 11 min izləyicisi var.

Elvin Mahmudzadə Azərbaycan Vətənpərvərlər Partiyası sədri olaraq siyahıda beşinci yerdədir. Onun 4892 izləyicisi var.

Azərbaycanda ən çox adı hallanan siyasətçilərdən olan Azərbaycan Xalq Cəbhəsi Partiyası sədri Əli Kərimlinin bu sosial şəbəkədə 1012 izləyicisi var.

Siyahıda ən az izləyici sayı ilə sonuncu yeri tutan Müsavat Partiyası başqanı Arif Hacılının isə 18 izləyicisi var.

www.yenicag.az

29519
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv