!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın Türkiyədəki Səfirliyində Xocalı soyqırımına həsr olunan tədbir keçirildi - FOTO

!Reklam – Yazi

Azərbaycanın Türkiyədəki Səfirliyi və Türkiyə – Azərbaycan Dostluq, Əməkdaslıq və Həmrəylik Fondunun (TADİV) birgə təşkilatçılığı ilə Ankarada TADİV Şuşa Konfrans Mərkəzində “Kədərdə və qədərdə çiyin-çiyinə” adlı anım tədbiri təşkil edilib.

Yenicag.az xəbər verir ki, Xocalı soyqırımı və 6 fevralda Türkiyədə baş vermiş dəhşətli zəlzələnin qurbanlarının xatirəsinə həsr olunmuş mərasimdə Azərbaycan və Türkiyədən millət vəkilləri, ictimai xadimlər və həmvətənlərimiz iştirak ediblər.

Mərasim soyqırım və zəlzələ qurbanlarının xatirəsinə 1 dəqiqəlik sükut və iki ölkənin himnləri ilə başlayıb, dualar oxunub.

Açılış çıxışı edən TADİV rəhbəri professor Aygün Attar tədbirin təşkilinin əhəmiyyətini qeyd edərək, bunun Azərbaycan və Türkiyənin bütün hallarda birlikdə və həmrəy olduğunun göstəricisi olduğunu bildirib.

Azərbaycanın Türkiyədəki Səfirliyinin müşaviri Eldar Əliyev çıxışında Xocalı soyqırımının mahiyyətinə toxunaraq, bunun Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu bildirib. Səfirliyin müşaviri zəlzələ ilə bağlı danışaraq Prezident İlham Əliyevin təlimatına uyğun olaraq ilk saatlardan etibarən Azərbaycanın Türkiyənin yardımına gəldiyini qeyd edib.

Azərbaycan Milli Məclisinin üzvləri Kəmaləddin Qafarov və Anar Məmmədov, Türkiyəli deputat, Türkiyə – Azərbaycan dostluq qrupunun rəhbəri Şamil Ayrım, Ankara Universitetinin rektoru professor Nəcdət Ünüvar, Din İşləri Ali Şurasının sədri professor Abdurrahman Haçkalı çıxış edərək Xocalı soyqırımının bəşəriyyətə qarşı cinayət olduğunu vurğulayıb, şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər. Çıxış edənlər nitqlərində qısa zaman öncə Türkiyədə baş vermiş zəlzələyə yer verərək, fəlakətin dağıdıcı miqyasından danışıblar və Azərbaycanın dövlət və xalq olaraq qardaş Türkiyəyə hərtərəfli dəstək verdiyini, həmrəylik nümayiş etdirdiyini xüsusi qeyd ediblər.

Anım mərasiminin iştirakçıları Xocalı soyqırımı və əsrin fəlakəti olaraq səciyyələndirilən zəlzələ ilə bağlı qısa filmləri izləyiblər və Xocalı soyqırımına həsr olunmuş sərgi ilə tanış olublar.

 

www.yenicag.az

263
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv