!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycanın U-17 sərbəst güləş millisinin heyəti açıqlandı

!Reklam – Yazi

Avropa çempionatında iştirak edəcək Azərbaycanın U-17 sərbəst güləş millisinin heyəti açıqlanıb.

Federasiyadan Yenicag.az-a verilən məlumata görə, məsul yarışda ölkəni Cəfər Cəfərov (45 kq), Bəşir Verdiyev (48 kq), Seyhun Əlizadə (51 kq), Hacı Kərimov (55 kq), Camal Abbasov (60 kq), Mirzəağa Axundov (65 kq), İsmayıl Rəhimli (71 kq), Şeyxəli Babazadə (80 kq), Səid Paşayev (92 kq) və Yusif Dursunov (110 kq) təmsil edəcək.

İyunun 16-dan 18-dək Albaniyanın paytaxtı Tiranada baş tutacaq qitə birinciliyinə qatılacaq yığma üzvləriylə görüş keçirilib.

Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü Namiq Abdullayev və baş katib Nəsimi Musayev güləşçilərə uğur arzulamaqla yanaşı, idman prinsiplərinə riayət etmələrini tapşırıblar.

Böyük məşqçi Əsgərxan Novruzov Avropa çempionatına yüksək səviyyədə hazırlaşdıqlarını və vətənə uğurlu nəticəylə dönəcəklərinə inandıqlarını söyləyib.

www.yenicag.az

194
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv