!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın Ukraynaya DƏSTƏYİ: "Haqqın yanında da dayanmağı bacarırıq"

!Reklam – Yazi

“Azərbaycan müharibə yaşamış, uzun illər torpaqları düşmən işğalında olan bir ölkə olaraq bu həssasiyyatı çox yaxşı başa düşür. Bu gün həm siyasi, həm humanitar olaraq Ukrayna xalqının yanındadır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında siyasi şərhçi Tehran Orucoğlu səsləndirib.

O bildirib ki, Azərbaycanın yardımları bundan sonra da davam edəcək.

“Biz Rusiya Fedarasiyası ilə müttəfiqlik müqaviləsi imzaladıq. Ən incə məqam bundan ibarətdir ki, belə bir müqaviləni yeni bağlamağımıza baxmayaraq, haqqın yanında da dayanmağı bacarırıq. Ölkə başçısı, Prezident İlham Əliyevin tapşırığına əsasən, Ukraynaya tibbi yardım göstərildi. Bildiyim bundan ibarətdir ki, Ukrayna hava məkanını bağladıqdan sonra ilk yardım təyyarəsi Azərbaycandan getdi. Həmçinin SOCAR tərəfindən təcili tibbi yardım və yanğınsöndürmə avtomobilləri üçün pulsuz yanacaq təşkil edildi. Ötən gün səfirlik önündəki həmrəylik və əhalinin Ukrayna vətəndaşları üçün yardım toplaması da Ukrayna xalqına olan dəstəyimizin ən bariz nümunəsidir. Biz Rusiya və Ukrayna xalqına sülh arzulayırıq”.

Aqil Bəkir

www.yenicag.az

675
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv