!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın valyuta və qızıl EHTİYATI: “Həmin yataqlar da zamanla istehsala cəlb ediləcək” – Millət vəkili

!Reklam – Yazi

“Qızıl ehtiyatının çox olması dövlətin dayanıqlı inkişafının əsas göstəricilərindən biridir”

Bu fikirləri Azərbaycanın xarici valyuta və qızıl ehtiyatlarının yetərliliyi haqda danışan Milli Məclisin deputatı Vahid Əhmədov Yenicag.az-a açıqlamasında deyib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycanın xarici dövlət borcu Ümumi Daxili Məhsulun (ÜDM) maksimum 10 faizini təşkil edir:

“Ümumiyyətlə, xarici dövlət borcumuz çox deyil, Ümumi Daxili Məhsulun maksimum 10 faizi həddindədir. Lakin ümumi nəzər saldıqda, Azərbaycanın təqribən 67 milyard dollara yaxın valyuta ehtiyatı mövcuddur. Neftdən gələn gəlirlər Qarabağın inkişafına, müəyyən sosial layihələrə xərclənsə də, rezervlərimiz kifayət qədərdir.

Neftin qiyməti də təqribən 100 dollara yaxınlaşmaqdadır. Mövcud ehtiyatları saxlamağın müəyyən yolları var. Sözügedən rezervlərin bir hissəsi dollar, funt-sterlinq kimi valyutalarda, digər hissəsi isə daşınmaz əmlak şəklində saxlanılmaqdadır. Ancaq ehtiyatların bir hissəsi də məhz qızıla yatırılıb.

Eyni zamanda, Azərbaycanın özü qızıl istehsal edən ölkədir. Xüsusilə, işğaldan azad olunmuş ərazilərimizdə qızıl və digər qiymətli metal yataqları mövcuddur ki, onlar da zamanla istehsala cəlb ediləcək. Bu baxımdan hesab edirəm ki, qızıl ehtiyatının çox olması dövlətin dayanıqlı inkişafının əsas göstəricilərindən biridir.

Çünki tarix boyu vurğulanan rezervlərin mövcudluğu çətin problemlərin həllində mühüm rol oynayıb. Cənab prezidentin də qeyd etdiyi kimi, öz ehtiyatlarımızdan istənilən vaxt yararlanaraq xarici borcu bağlamaq imkanındayıq. Hazırda xarici borcun həcmi böyük olmadığından, bu, o qədər də problem yaratmır.

Dövlət büdcəsindən Qarabağdakı yenidənqurma işlərinə təqribən 12 milyard manata yaxın vəsait ayrılıb. Bu rəqəmlərin hamısı Azərbaycanın öz hesabına təmin edilib. İmkanlarımız kifayət qədər geniş olsa da, xərcləmə prosesini ehtiyatla aparırıq ki, həm gələcək nəsillərə faydası olsun, həm də Qarabağın yenidən qurulması və inkişafı üçün tələb olunan vəsait sabit qalsın”.

Yusif Səmədzadə

www.yenicag.az

283
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv