Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycanın və Rusiyanın Xarici İşlər nazirləri arasında telefon danışığı oldu

Reklam: High Technic

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovla Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Yenicag.az-a bildiriblər ki, telefon danışığı zamanı nazir E.Məmmədyarov rusiyalı həmkarını 9 May – Böyük Vətən müharibəsi Qələbəsinin 75 illiyi münasibətilə təbrik edib.

S.Lavrov da bu əlamətdar gün münasibətilə təbriklərini Azərbaycanın Xarici İşlər nazirinə çatdırıb.

Tərəflər mövcud qlobal pandemiya ilə mübarizə çərçivəsində ölkələr tərəfindən həyata keçirilən tədbirlər və əməkdaşlıq məsələlərini, eləcə də ikitərəfli münasibətlər gündəliyinə daxil olan məsələləri müzakirə ediblər.

Nazirlər, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi üzrə fikir mübadiləsi aparıblar.

Loading...

www.yenicag.az

562
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100