!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın Xalq artisti ilə vida mərasimi keçirilib - YENİLƏNDİ + FOTO

!Reklam – Yazi

Mərhum Xalq artisti, tanınmış baletmeyster Rəfiqə Axundova ilə vida mərasimi başa çatıb.

Yenicag.az xəbər verir ki, onun nəşi dəfn olunmaq üçün İkinci Fəxri xiyabanına aparılır.

***

13:30

Mərhum Xalq artisti, tanınmış baletmeyster Rəfiqə Axundova ilə vida mərasimi keçirilir.

Yenicag.az xəbər verir ki, mərhum ilə vida mərasimində ailə üzvləri, yaxınları, Mədəniyyət nazirliyinin üzvləri iştirak edirlər.

Xatırladaq ki, Xalq artisti İkinci Fəxri Xiyabanda dəfn olunacaq.

***

10;36

Tanınmış baletmeyster, Xalq artisti Rəfiqə Axundovanın dəfn yeri məlum olub.

Bu barədə Oxu.Az-a Xalq artistinin ailə üzvləri tərəfindən məlumat verilib:

“Rəfiqə Axundova ilə vida mərasimi bu gün 12:00-da Təzəpir məscidində keçiriləcək. Daha sonra mərhum İkinci Fəxri xiyabanda dəfn olunacaq”.

***

10:11

Tanınmış baletmeyster, Xalq artisti Rəfiqə Axundova vəfat edib.

Yenicag.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Sənətkar 92 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, R. Axundova baletmeyster, Xalq artisti Maqsud Məmmədovun həyat yoldaşıdır.

www.yenicag.az

352
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv