!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Azərbaycanın Xankəndiyə daxil olmasının zamanı çatıb" - Partiya sədri

!Reklam – Yazi

“Yaxın zamanlarda Xankəndi və digər yerlərdə Azərbaycan məhsullarının satışını görsəniz, təəccüblənməyin”.

Bu fikirləri Qarabağ ətrafında baş verən proseslər və aparılan psixoloji müharibəni şərh edən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında deyib.

Elşad Musayev bildirib ki, Azərbaycan növbəti mərhələdə Xankəndiyə girməlidir:

“Prinsipcə məsələ həll olunub. Azərbaycan artıq Laçın dəhlizinə nəzarət edir. Oradan da geri çəkilməyəcək. Orada olan erməniləri zəhərləyiblər, onlar zəhərlənmiş toplumdur. Onlar müxtəlif yollarla aradan çıxırlar. Yerdə qalan sadə ermənilər üçün isə heç nəyin fərqi yoxdur. Onlar yaşamaq istəyirlər. Azərbaycan qanunları ilə yaşaya və işləyə bilərlər. Görünür ki, Azərbaycanın müvafiq orqanları da işləyir.

Bir şeyi unutmaq da olmaz ki, sadə ermənilərin Azərbaycan tərəfinə keçmək cəhdlərinin qarşısını həm də sülhməramlı dediyimiz işğalçı rus ordusu alır. Müəyyən müddət keçəndən sonra Azərbaycan daha ciddi addımlar atacaq. Azərbaycanın Xankəndiyə daxil olmasının zamanı çatıb”.

Səxavət Məmməd

www.yenicag.az

280
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv