!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın xarici dövlət borcu azaldı

!Reklam – Yazi

2023-cü il 31 dekabr tarixinə xarici dövlət borcu 6480,7 mln. ABŞ dolları (11017,2 mln. manat) ekvivalentində və ya Ümumi Daxili Məhsulun (ÜDM) 9%-ni təşkil edib.

Yenicag.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən məlumat verilib.

2023-cü il 1 yanvar tarixinə olan göstəricisi ilə müqayisədə xarici dövlət borcunun məbləği mütləq ifadədə 212,5 mln. ABŞ dolları (361,2 mln. manat) və ya 3,2% azalıb.

Bildirilib ki, Azərbaycan Respublikası ilə beynəlxalq maliyyə təşkilatları arasında imzalanmış kredit sazişləri çərçivəsində 2023-cü il ərzində 148,0 mln. ABŞ dolları (251,6 mln. manat) məbləğində kredit vəsaitindən istifadə edilib.

www.yenicag.az

195
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv