!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın xilasedici iti üç nəfərin dağıntılar altından sağ çıxmasına kömək etdi

!Reklam – Yazi

Azərbaycanın xilasedici iti Qəhrəmanmaraşda üç nəfərin dağıntılar altından sağ çıxmasına kömək edib.

Yenicag.az xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

Bildirilib ki, fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədər qardaş ölkəyə yollanan Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin axtarış-xilasetmə qrupunun 8 iti ümumilikdə 15 nəfərin yerini müəyyənləşdiriblər. Juna adlı “Cocker Spaniel” növündən olan it dağıntılar altından 3 nəfərin sağı çıxarılmasına kömək edib. Onlardan biri uşaq olub.

Junanın təlimatçısı Ehtiram Baloğlanov “Anadolu”ya açıqlamasında deyib ki, bu itlər axtarış-xilasetmə əməkdaşlarının işini asanlaşdırırlar:

“Bu it 2017-ci ildə doğulub. Həmin vaxtdan bəri mənimlədir. Qəhrəmanmaraşda 3 nəfəri sağ çıxarmağımıza kömək etdi. Burada ona “Qəhrəman Juna” deyirdilər”.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Qəhrəmanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.

Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 10 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb. Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb.

Hadisə nəticəsində həlak olanların sayı 46 mini keçib.

İlk günlərdən etibarən Türkiyədəki axtarşı-xilasrtmə tədbirlərində iştirak edən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin 867 nəfərlik qrupu ümimilikdə 53 nəfər dağıntılar altından sağ çıxarıb.

www.yenicag.az

213
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv