!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın yaratdığı siyasi REALLIQLAR: "Beynəlxalq siyasi arenada öz sözümüzü deyən müstəqil dövlətik"

!Reklam – Yazi

“Qurucu babalaramız müstəqil dövlət üçün çox iztirablardan keçdi”.

Bunu Yenicag.az-a açıqlamaslnda Azərbaycanın 106-cı müstəqillik ildönümündə yaratdığı yeni reallıqlardan danışan politoloq Əlabbas Məhərrəmli deyib.

Onun sözlərinə görə, müstəqilliyimizin 106-cı ilində Azərbaycanı bütöv görmək doğurdan da qürurverici haldır.

“Qurucu babalarımız, Rəsulzadə başda olmaqla bu müstəqil dövlət cox istirablardan keçdi. Müstəqilliyimizi əlimizdən almağa, dəfələrlə torpaqlarımıza əl uzatmağa çalışdılar. Lakin Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlanan sabitlik nəhayət ki, bütöv Azərbaycanla yekunlaşdı.

44 günlük Vətən müharibəsində torpaqlarımızı can və qan bahasına işğaldan azad etdik.

İndi Azərbaycan dünyada qalib ölkə kimi beynəlxalq siyasi arenada öz sözünü deyən müstəqil dövlətdir”, – deyə politoloq bildirib.

Nəsimi Ələsgərli

www.yenicag.az

466
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv