!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın yeni mərhələ üçün GÜNDƏMİ: “Yeni komandada elə fiqurlar yer almalıdır ki...”

!Reklam – Yazi

“Yığılacaq yeni komandada elə adamlar yer almalıdır ki, istər səhiyyə, istər təhsil, istərsə də sosial sahədə əsas məsələlər həll olunsun”.

Bu fikirləri ötən gün keçirilən növbədənkənar prezident seçkilərindən sonra Azərbaycanda gözlənilən mümkün dəyişiklikləri dəyərləndirən Yeni Zaman Partiyasının (YZP) sədri Musa Ağayev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, yeni mərhələdə əsas diqqət həlli vacib olan problemlərə yönəlməlidir:

“Üç il öncəyə qədər ən böyük problemimiz Qarabağ idi. 44 günlük Vətən müharibəsi ilə prezident İlham Əliyev Qarabağı işğaldan qurtardı və Azərbaycanın öz əraziləri üzərində suverenliyini tam bərpa etdi.

Ötən gün keçirilən növbədənkənar prezident seçkilərində İlham Əliyev yüksək səs çoxluğu ilə yenidən prezident seçildi. Konstitusiyaya görə, prezident Nazirlər Kabinetini buraxacaq.

Yığılacaq yeni komandada elə fiqurlar yer almalıdır ki, istər səhiyyə, istər təhsil, istərsə də sosial sahədə əsas məsələlər həll olunsun. Yəni bundan sonra həlli vacib olan məsələlər ölkənin daxili ilə bağlıdır”.

Nəsimi Ələsgərli

www.yenicag.az

1855
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv