!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın yeni mərhələdə ƏSAS HƏDƏFLƏRİ: “Türk ailəsinin möhkəmlənməsi üçün...”

!Reklam – Yazi

“Milli ideologiyanın təbliği sahəsində uğurlu addımlar ataraq gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına diqqət artırılacaq”.

Bu fikirləri 7 fevral seçkilərindən sonra ölkədə başlayan yeni dövr üçün müəyyənləşdirilən əsas hədəfləri dəyərləndirən Milli Məclisin deputatı Azər Badamov Yenicag.az-a açıqlamasında deyib.

Millət vəkilinin sözlərinə görə, İlham Əliyevin prezidentliyinin yeni dönəmində qarşıya qoyulan hədəflər mövcuddur:

“Bu hədəflər Azərbaycanın daha da güclənməsinə xidmət edəcək. Çünki bu gün dünyada zəfərimizi həzm edə bilməyənlərə ən layiqli cavabımız məhz ölkəmizi gücləndirməkdir. Yeni dövr üçün qarşıya qoyulan əsas məqsədlərdən biri ordunun gücləndirilməsi, müdafiə sənayesinin inkişaf etdirilməsidir. Son günlər sərhəddə baş verən təxribat hadisələri fonunda Ermənistanla şərti sərhədimizin möhkəmləndirlməsi vacibdir.

Əlavə olaraq, milli ideologiyanın təbliği sahəsində uğurlu addımlar ataraq gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına diqqət artırılacaq. Tarixi Qarabağ zəfərimizi qəbulm edə bilməyən qüvvələr qarşısında xalqımızın birliyi daha da möhkəmləndirilməli və hər kəsi azərbaycançılıq ideologoiyası ətrafında daha da sıx birləşdirmək mütləqdir. Eyni zamanda, erməni işğalından azad olunan ərazilərə bir zamanlar öz dədə-baba yurdlarından didərgin düşən vətəndaşların geri qayıtması, həmçinin həmin torpaqların azad olunmasında qəhrəmanlıq göstərənlərə, şəhid və qazi ailələrinə dəstəklə bağlı mühüm addımlar atılacaq.

Sadalanan hədəflərin yerinə yetirilməsi üçün vacib şərtlərdən biri iqtisadiyyatın inkişaf etdirilməsidir. Azərbaycanın yeni dövr üçün bu sahədə əsas məqsədi texnoloji inkişafın sürətləndirilməsi, bərpa olunan enerji mənbələrinin yaradılması, neft-qaz sahəsində görülən işləri davam etdirmək və dünya bazarında enerji resusrslarını ixrac edən ölkə kimi mövqeyini qoruyub saxlamaqdır.

Bunlardan başqa, xarici siyasətin əsas vektorlarını genişləndirmək və türk ailəsinin möhkəmlənməsinə töhfə vermək, ölkəmizin zəfərini həzm edə bilməyərək bizə təzyiq göstərmək istəyənlərə qarşı qətiyyətli mövqe nümayiş etdirmək və digər istiqamətlər üzrə yeni dövr üçün müəyyən hədəflər qoyuldu. Prezident İlham Əliyev xalqa xidmət etdiyi 20 il ərzində verdiyi bütün vədləri yerinə yetirdi. Qarşıdan gələn yeni dövr üçün müəyyən olunan hədəflərin də yüksək səviyyədə icra olunacağına şübhə yoxdur. Azərbaycan dövləti indikindən də çox güclənəcək və dünyada etibarlı tərəfdaş imicini daha da möhkəmlənəcək”.

Nəsimi Ələsgərli

www.yenicag.az

3839
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv