Azərbaycanla Aİ arasında videokonfranslar keçiriləcək – Yeni saziş müzakirə edilir

Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında yeni sazişə dair danışıqlar çərçivəsində bu həftə videokonfranslar təşkil olunacaq.

Yenicag.az xəbər verir ki, bu barədə “Report”a Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib.

O, bu həftə üç videokonfransın nəzərdə tutulduğunu qeyd edib: “Sonra da sazişlə bağlı yeni görüşün tarixi müəyyənləşdiriləcək. Çox güman, görüş Brüsseldə keçiriləcək”.

Bundan əvvəl diplomat ən yaxın vaxtda Azərbaycanla Aİ arasında yeni sazişlə bağlı danışıqları başa çatdıracaqlarına ümidvar olduğunu bildirmişdi.

COP29