!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanla Ermənistan arasında VASİTƏÇİSİZ SÜLH: "Heç bir hərbi, siyasi, iqtisadi güc mərkəzi bu iki dövlətin..."

!Reklam – Yazi

“İkitərəfli sazişi çətin və qısa zamanda gerçəkləşməyəcək, ancaq mümkün variant kimi görürəm”.

Bu sözləri Ermənistanın vasitəçisiz sülhdən qaçmasını dəyərləndirən “Borçalı” İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli Yenicag.az-a açıqlamasında deyib.

Zəlimxan Məmmədli bildirib ki, Azərbaycan və Ermənistanın vasitəçisiz sülh sazişi imzalaması unikal yoldur:

“Bölgədə maraqlar var. Qafqaz strateji nöqtədir. Ermənistanın bir missiyası var – forpostluq etmək. Azərbaycan Şimali, Cənubi Qafqaz, Avropa üçün önəmli dövlətdir. Burada Rusiyanın, İranın, Avropanın, Avropanın ayrı-ayrı dövlətlərinin özəl maraqları var. Ermənistan indiki halda Qərb institutları ilə əlaqə qurmağa çalışır, onlardan pas alır. Azərbaycan statik vəziyyəti saxlayır. Qərb dövlətləri ədalətsiz, reallığı əks etdirməyən, məqsədyönlü şəkildə Azərbaycanın əleyhinə bəyanatlar verir. Buna, təbii ki, Azərbaycan adekvat cavablar verir. Ermənistan Azərbaycanı yolundan çəkindirmək, ABŞ və digər ölkələrə tabe etdirmək istəyir. Ermənistan Avropanın, ABŞ-nin forpostu kimi Azərbaycana qarşı istifadə olunur. Bütün hallarda Rusiyadan fərqli olaraq, Avropa İttifaqının təklif etdiyi model daha rasional idi. Avropa İttifaqı və ABŞ Qarabağ problemində ikili standart nümayiş etdirir.

Azərbaycan və Ermənistanın vasitəçisiz sülh sazişi imzalaması unikal yoldur. Heç kimin bu saziş üzərindən ortaqlığı yoxdur. Əgər vasitəçi olacaqsa, həmin vasitəçinin maraqları təmin olunacaq. Bu baxımdan, Azərbaycanın mövqeyini təqdir edirəm. Ermənistanla görüşdə delimitasiya ilə bağlı müəyyən razılaşma notları var. Görüş onu deməyə əsas verir ki, demək, görüşə də bilərik, anlaşa da bilərik, üçüncü tərəf olmadan sülh sazişi də imzalaya bilərik.

Bu çox ağır məsələdir. Heç bir hərbi, siyasi, iqtisadi güc mərkəzi bu iki dövlətin rahatlıqla dil tapmasında maraqlı görünmür”.

Səxavət Məmməd

www.yenicag.az

2239
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv