!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi artdı

!Reklam – Yazi

Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsində ötən il 63 %-dən çox artım müşahidə olunub.

Yenicag.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Daşkənddə keçirilən 1-ci Özbəkistan-Azərbaycan Regionlararası Forumunda bildirib.

Nazir vurğulayıb ki, ölkələr arasında investisiya, avtomobil, kənd təsərrüfatı və məişət texnikası istehsalı, metallurgiya, Azərbaycanın sənaye zonalarında birgə istehsalın təşkili və s. istiqamətlər üzrə səmərəli tərəfdaşlıq üçün geniş potensial var: “Yaradılacaq Azərbaycan-Özbəkistan İnvestisiya Fondu da iqtisadi əməkdaşlığımızda, yeni investisiya layihələrinin reallaşdırılmasında, iş yerlərinin yaradılmasında əhəmiyyətli olacaq”.

Nazir Azərbaycan iqtisadiyyatı barədə məlumat verib, 2022-ci ildə ÜDM-in 4,6 %, o cümlədən qeyri-neft ÜDM-nin 9 %-dən çox artığını qeyd edib.

Forumda həmçinin, ölkəmizin əlverişli işgüzar mühiti, işğaldan azad olunmuş ərazilərin potensialı barədə də məlumat verilib, işgüzar dairələr fəal əməkdaşlığa dəvət edilib. Diqqətə çatdırılıb ki, artıq Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə Füzuli rayonunda 960 şagird yerlik məktəbin tikintisi davam edir və bu, xalqlarımız arasındakı sıx münasibətlərin daha bir bariz təzahürüdür.

Qeyd edilib ki, ölkələrimizin regionları arasında əlaqələrin inkişafı üçün imkanlar genişdir. 1-ci Özbəkistan-Azərbaycan Regionlararası Forumu birgə təşəbbüslər üçün mühüm platformadır.

Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratov ölkəsinin Azərbaycanla iqtisadi-ticarət əməkdaşlığının yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. Qeyd edilib ki, işgüzar münasibətlər, Özbəkistan və Azərbaycan regionları arasında əlaqələrin qurulması qarşılıqlı faydalı tərəfdaşlığımızı daha da gücləndirəcək.

Tədbirdə investisiya layihələri barədə təqdimatlar, eləcə də “B2B” və “B2G” formatda görüşlər keçirilib.

Qeyd edək ki, Forum çərçivəsində Özbəkistan-Azərbaycan İşgüzar Şurasının 3-cü iclası keçirilib. Tədbirdə əvvəlki iclaslar zamanı müəyyənləşdirilmiş tapşırıqlar üzrə görülmüş işlər, eləcə də iki ölkənin biznes subyektləri arasında əlaqələrin genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.

www.yenicag.az

328
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv