Azərbaycanla Rusiya arasında Soçidə imzalanan bir sıra ikitərəfli sənədlər təsdiqləndi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyev və Rusiya Federasiyasının Prezidenti V.V.Putinin Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri haqqında Birgə Bəyanatının təsdiq edilməsi barədə qanunu imzalayıb.

Eyni zamanda dövlət başçısı “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında elektrikötürücü xətlər və boru kəməri vasitəsilə keçirilən mallar üzərində gömrük nəzarəti haqqında” Sazişin təsdiq edilməsi barədə qanunu imzalayıb.

Hər iki sənəd 2018-ci il sentyabrın 1-də Soçi şəhərində imzalanıb.