!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsidə artım qeydə alındı

!Reklam – Yazi

2022-ci ilin yanvr-fevral aylarında Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi 405 milyon dolları ötüb.

Yenicag.az xəbər verir ki, Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 22 faiz artıb.

Hesabata əsasən, bu ilin ilk iki ayı ərzində Azərbaycandan Rusiyaya ixrac 38 faiz artaraq 123 milyon dollara, Rusiyadan idxal isə 16 faiz artaraq 282,332 milyon dollara çatıb.

2022-ci ilin yanvr-fevral aylarında Azərbaycanın xarici ticarət dövriyyəsində Rusiyanın payı 5,1 faiz təşkil edib.

Qeyd edək ki, 2021-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 2020-ci illə müqayisədə 12 faizdən çox artaraq 3 milyard dollara çatmışdı.

www.yenicag.az

399
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv