!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanla Rusiya üz-üzə: "Kremlin "Vardanyan variantı"na indi antiterror əməliyyatı deyənlər..." - MÖVQE

!Reklam – Yazi

“İndi antiterror əməliyyatları deyən adamlar dünən Vardanyan qaçıb söyləyirdi”.

Bu sözləri Qarabağ ətrafında dönən prosesləri şərh edən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında deyib.

Elşad Musayev bildirib ki, Azərbaycan səbirlə proseslərin gedişini gözləməlidir:

“Təəssüflər olsun ki, Azərbaycanda araşdırmaçılar, politoloqlar, siyasətçilər hadisənin mahiyyətini araşdırmırlar, görüntüyə qiymət verirlər. Efirlərdə də səhərdən axşama qədər qeyri-ciddi bəyanat, proqnoz verənlərə yer verirlər, onlar da ictimai rəyi azdırırlar.

Rusiya Vardanyanı ona görə göndərməmişdi ki, gəlib sonra geri qayıtsın. Plana görə Ruben Vardanyan Qarabağda müqaviməti təşkil etməli, hakimiyyəti ələ keçirməlidir. Eyni zamanda, o, Ermənistanla əlaqələrini gücləndirib növbəti mərhələdə də İrəvana transfer olunmalıdır.

Bu mərhələdə Rusiya ilə Azərbaycan üz-üzədir.

Azərbaycan nə qədər təkid eləsə də, Rusiya öz siyasətindən geri çəkilmir. Burada Azərbaycanın və Rusiyanın gücünü hesablamaq lazımdır. Vardanyanla Paşinyanın da, Arayikin də münasibətləri yaxşı olmaya bilər. Onu nəzərə almaq lazımdır ki, söz sahibi Rusiyadır.

Azərbaycan səbirlə gözləməyi bacarmalıdır.

Bizlə bərabər bu məsələdə qardaş Türkiyənin də hərəkəti olmalıdır. Digər ölkələrlə də bəzi məsələləri razılaşdırmaq lazımdır. Hadisələr uzanacaqsa, səbirlə gözləmək lazımdır.

Açığı informasiyası, analitik qabiliyyəti olmayan adamlar ağız dolusu danışır. İndi antiterror əməliyyatları deyən adamlar dünən söyləyirdi ki, Vardanyan qaçıb”.

Səxavət Məmməd

www.yenicag.az

293
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv