Azərbaycanla Türkiyə arasında 11 saziş imzalandı

Bu gün Azərbaycanla Türkiyə arasında əməkdaşlığa dair 11 sənəd imzalanıb.

Yenicag.az xəbər verir ki, sənədlər bu gün Ankarada keçirilən Türkiyə-Azərbaycan İş Forumu çərçivəsində imzalanıb.

Sazişlər Azərbaycan və Türkiyə arasında iqtisadi-ticari və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlıdır.