!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanla ucalan LİDER RUHUTənzilə Rüstəmxanlı yazır

!Reklam – Yazi

Dünya ölkələrinin tarixində olduğu kimi, Azərbaycan dövlətçiliyinin tarixi də göstərir ki, şəxsiyyətlərin gücü, ağlı və siyasi müdrikliyi bütün ölkənin həyatında taleyüklü rol oynayır.

Bu şəxsiyyətlər içində hər zaman bir boy uca görünəcək bir zirvədə müstəqil Azərbaycanın qurucusu və memarı, ümummilli liderimiz Heydər Əliyevin əzəmətli abidəsi ucalacaq. İllər keçəcək, müstəqil Azərbaycanın hakimiyyət olimpinə çox dövlət başçıları, siyasixadimlər gələcək, amma ulu öndər Heydər Əliyevin göstərdiyi xidmıtlırin səviyyəsinə qalxmaq, onun ucaldığı zirvəyə ucalmaq kimsəyə nəsib olmayacaq.


Heydər Əliyevin 30 illik siyasət epoxası xalqımızın yüz illərlər həsrətində olduğu Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsi, onun azad inkişafı və yüksəlişi naminə apardığı mübarizələr və qələbələr tarixidir. Ulu öndərin Azərbaycana rəbərliyinin 30 ilinin az qala yarıdan çoxuna təsadüf edən Sovet dönəmində belə Heydər Əliyev Sovet imperiyasının sərt rejiminə baxmayaraq,Azərbaycanın gələcək müstəqilliyi üçün göstərdiyi misilsiz xidmətlərilə adını tarixə yazmışdı. Bu parlaq şəxsiyyətin məhz həmin illərdəki fəaliyyətini izləyəndə onun — təpədən dırnağa böyük azərbaycanlının, vətənini hədsiz dərəcədə sevən bir insanın ölkəsinin tarixinə, keçmişinə, mədəniyyətinə, ədəbiyyatına son dərəcə böyük sevgi və sayğı ilə yanaşdığını görür və heyrətlənməyə bilmirsən.Amma nadir istedad sahibi olan bu dahinin təyinatı başqaidi və Tanrı onu məhz öz missiyasını yerinə yetirmək üçün ən sərt və amansız mübarizələrdən belə qalib çıxarır, qoruyur və irəli aparırdı.

Haqqın və ədalətin bərpası üçün isə tarixə elə böyük vaxt lazım gəlmədi.Azərbaycan xalqı öz sevimli oğlunu, böyük dahi və parlaq şəxsiyyət Heydər Əliyevi ölkəni idarə etməyə çağırdı. Bu təkidli çağrışın arxasında sonsuz bir xalq etimadı, məhəbbət və inamı varidi,bu da Heydər Əliyevin qələbə əzmini birə beş artırırdı.

“Ölümyatağında” olan ölkənin son ümidi Heydər Əliyev idi. Zamanın dəyərini,dünyanın siyasi axarını, dünyanın söz sahibi olan dövlətlərinin maraqlarının çarpazlaşan nöqtələrini çox gözəl bilən Heydər Əliyev öz dərin zəkası, siyasi uzaqgörənliyi və soyuqməntiqi ilə hər şeyi yerinə qoya bildi. Təcrübəli dövlət xadimi görüləcək bütün işlərin təməlində ölkədə ictimai-siyasi sabitliyin durduğunu bildiyi üçün ilk növbədə məhz buna nail olmağa çalışdı. O, Azərbaycanın yaxın gələcəkdə dünya siyasətində hansı geosiyasi mövqelərə yiyələnəcəyini və ona olan maraqları görürdü. Həmçinin Azərbaycan bölgədə istər Qərb, istərsə Şimal qonşuları üçün bir çox sahələrdə mühüm strateji partnyora çevrilə bilərdi. Heydər Əliyev müstəqil Azərbaycanı siyasi fırtınaların cəngindən alıb,onu məhz bu müstəviyə gətirdi və onun strateji mövqelərini bərpa etdi. Ona sabit ölkə imici qazandırdı. Məhz onun polad iradəsi,siyasi ustalığı və müdrik rəhbərliyi sayəsində Azərbaycan dövləti ölkənin parçalanmasına ünvanlanmış çağırışların və cəhdlərin qarşısını vaxtında ala bildi və radikal islam təmayüllü təhlükəni demək olar ki, aradan qaldırdı.

Şübhəsiz, bir yazıda bu siyasət nəhənginin gördüyü misilsiz və böyük xidmətləri sadalamaqda və onların qiymətini verməkdə çox acizik. Heydər Əliyev üçün müstəqil Azərbaycan fəlsəfəsinin təməlində azadlıq, demokratiya, iqtisadi tərəqqi, sosial ədalət və rifah dururdu və bu fəlsəfə onun memarı olduğu gerçək müstəqil Azərbaycanda öz real əksini tapdı.

2003-cü ildə böyük dahinin qurduğu bu Azərbaycan tərəqqiyə və inkişafa istiqamət götürüb irəliləyirdi. Böyük realist və praqmat olan Heydər Əliyev isə insan üçün əbədi olmayan dünyanın təbii qanunlarına bələd idi. Elə bu səbəbdən də müstəqilliyinin ən məsul dövründə olan Azərbaycanı xoşbəxt gələcəyə aparacaq liderin kim olacağı sualı onu çox düşündürür və narahat edirdi. O bu məsələni həll etməli idi. Onun sözü hər şey idi. Bu vətənə xidmətin ən al nümunəsi idi və Heydər Əliyev bunu özünə son müqəddəs borc bilirdi.

Tarix bu böyük dahinin uzaqgörənliyini yenə təsdiqlədi. Bunun təsdiqi üçün elə də böyük bir vaxt lazım gəlmədi. Çünki siyasi varis İlham Əliyev Ulu Öndərin missiyasını davam etdirməyin sirrini çox gözəl bilirdi. Ümummilli lider Heydər Əliyevin siyasi görüşünə daxili və xarici siyasət prinsiplərinə, idarəçilik ənənələrinə sədaqət — müstəqil Azərbaycanın uğurlu idarəçiliyi əsas təminatları bunlar idi. Prezident İlham Əliyev başladığı mübarizədə böyük uğurlara imza atdı və xalqın sonsuz rəğbət və hörmətini qazandı. O uğurlar böyük qələbələrin işartıları kimi bu gün də davam edir və xalqımızı xoşbəxt gələcəyə doğru aparır.

Azərbaycan Prezidenti,Ali Baş Komandan İlham Əliyevin prinsipial mövqeyi, səsləndirdiyi tutarlı dəlillər və əsaslı fikirlər döyüş meydanında Azərbaycan Ordusunun əldə etdiyi qələbələr diplomatiya meydanında da uğurlara çevrildi və ölkəmizin İkinci Qarabağ müharibəsindəki hərbi-diplomatik Qələbəsini şərtləndirdi. Qələbə silahdan daha çox, ruh məsələsiydi. Qarabağı qurtarmaq üçün Azəbaycan əsgərinin keçirdiyi misilsiz əməliyyatda xalqımız bütün ruhu ilə iştirak edirdi və ön cəbhədə baş verən hadisələri yaxından izləyirdi.Tam qətiyyətlə deyə bilərik ki, Qarabağa, Şuşaya əsgərimizi məhz, Heydər Əliyev şəxsiyyətinin aşıladığı mənəvi Run qaldırdı. Çünki bu mənəviyyatın ən böyük ifadəçisi, təbliğatçısıidi Heydər Əliyev.

Bu mənada Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevdən sonra onun ruh verərək müqəddəslik qazandırdığı Qarabağ estafetini layiqli şəkildə davam etdirdi və başa çatdırdı.
Ruhun Şad Olsun Böyük Öndər.

 

www.yenicag.az

103
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv