Azərbaycanlı aktrisa: “Koronavirus yox e, göydən komet də gəlsə, bizim kişi evə yığışan deyil”

“Ərimi evdə tapa bilirəm ki, virus da bizi boşatdırsın? Koronavirus yox e, göydən komet də gəlsə, bizim kişi evə yığışan deyil. Bütün günü əri yanında olan xanımların boşanmaq riski daha çoxdur”.

Bunu Yenicag.az-a açıqlamasında ailə qurub Türkiyədə yaşayan aktrisa Cəmilə Tağıyeva koronavirusun ailələrdə boşanmaların statistikasının artacağı ilə bağlı psixoloqların xəbərdarlığına münasibət bildirərkən deyib.

Aktrisa xanımlara məsləhət də verib:

“Bu virus hamını evə yığdı, bircə mənim kişimdən başqa. Kişi evdə oturmur. Balaca övladım məni ikiqat karantin rejimində saxlayır. Onu da deyim ki, evdə körpə olanda söz-söhbətin də qarşısı alınır.
Hər ailənin öz qayda-qanunları var. Amma bütün qadınları birləşdirən tək bir dəyər var, o da səbrdir. Səbrli olaq və bu müddəti sağ-salamat ötürək. Onda boşanmaların da sayı artmaz”.

Cəvahir

COP29