“Mart ayından bəri teatra getməmişəm. Karantinə görə yarımçıq qalan tamaşalarımız var. Teatr üçün çox darıxmışam, inanın özümü sudan çıxarılmış balıq kimi hiss edirəm. Yaradıcı insan üçün bu, çox ağırdır”.
“Bu yaşıma qədər özümə təmtəraqlı doğum günü qeyd etməmişəm, çünki sevmirəm. Allah ömür verərsə, gələcəkdə özümə bir yubiley tədbiri keçirərəm. O yaşa sağlıqla gəlib çataq və “bu ömrü yaşamağa dəyər”,- deyə bir doğum günü keçirərəm”.