!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanlı aktyor: “Rus sülhməramlıların qolunda o işarəni görəndə...”

!Reklam – Yazi

“Sosial şəbəkələrdə yayımlanan görüntüləri izləyirəm və rus sülhməramlılarının qolunda o işarəni görəndə adama mənfi təsir edir. Sanki bura Ukraynadır”.

Bunu azərbaycanlı ekofəalların Şuşa-Xankəndi yolunda keçirdikləri etiraz aksiyasından danışarkən tanınmış aktyor İlqar Musayev Yenicag.az-a açıqlamasında deyib.

Aktyor özü də orada olmaq istədiyini bildirib:

“Mən də o etirazçılarla bir arada olmaq arzusundayam. Bunun üçün cəhd göstərdim. Hələ ki, müəyyən səbəblərə görə gedə bilmirəm. Ancaq hər gün o xəbərləri izləyirəm. Bu gün paylaşımlardan gördüm ki, Xankəndi yolunda etiraz aksiyası keçirən azərbaycanlı fəalların tələbləri genişlənib.

Aksiyaçılar haqlı olaraq Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərimizdə yerləşən bütün yataqlarda monitorinqlərin keçirilməsini tələb edirlər. Çox istərdim ki, tələbimizə nail olana qədər orada toplaşan həmvətənlərimiz bu işi davam etdirsinlər”.

Aktyor Kəlbəcərdə baş verən mina terrorundan da danışıb:

“Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 8 nəfərin minaya düşməsi və bir nəfərin şəhid olması xəbəri də hamımızı sarsıtdı. İki ildən artıq vaxt keçir, amma hələ də şəhid veririk. Ekoloji terror kimi, bu da bir mina terrorudur və buna son qoyulmalıdır”.

Cəvahir

www.yenicag.az

730
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv