!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanlı alim beynəlxalq jurnalın redaksiya heyətinə qəbul edildi

!Reklam – Yazi

Azərbaycanlı alim, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev Kuba Respublikasının “XXX Aniversario de la Universidad de Cienfuegos “Carlos Rafael Rodríguez” Universitetinin nəzdindəki, beynəlxalq xülasələndirmə və indeksləşmə bazalı “Web of Science və Scopus”da qeydiyyatda olan “La Revista Universidad y Sociedad” jurnalının redaksiya heyətinə qəbul edilib.

Bu barədə Yenicag.az-a Z.Əliyev bildirib.

Dünyada A kateqoriya siyahısında olan jurnalın redaksiya heyətinə Kubanın bu məşhur universitetinin rektoru və kollektivi tərəfindən seçilərək daxil edilən alim belə nüfuzlu redaksiyada təmsil olunan ilk azərbaycanlıdır.

“Qeyd edim ki, multidissiplinar olan La Revista “Universidad y Sociedad” dünyanın bir çox ölkələrindən alimlərin əsərlərinin dərc edildiyi nüfuz sahibi olan jurnaldır. Məhz Azərbaycandan ilk dəfə belə nüfuzlu jurnalda redaksiya heyətində təmsil olunmaq eyni zamanda Asiya üzrə məqalələrə məsul şəxs olmaq deməkdir”, – o qeyd edib.

www.yenicag.az

350
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv