Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycanlı alim Hacı Şahinə SƏSLƏNDİ: "Mən sizin susmağınızdan belə başa düşürəm ki..." - MÜRACİƏT

Reklam: High Technic

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent, tarixçi-alim Zaur Əliyev İranın ali dini lideri ayətullah Seyid Əli Xameneyinin Ərdəbil vilayəti üzrə nümayəndəsi Seyid Həsən Amilinin Azərbaycana qarşı sərf etdiyi hədsiz sözlərə Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi Hacı Şahin Həsənlinin səssiz qalması ilə bağlı ona müraciət edib.

Yenicag.az müraciəti təqdim edir:

“Hörmətli Hacı Şahin,

Mütamadi olaraq Azərbaycan dövlətinə qarşı aqressiv və hədə-qorxu gələn, əksər hallarda çıxışlarında dövlətimizə qarşı təhqirlər belə səsləndirən, ərazi bütövlüyümüzə və ən pisi milli kimliyimizi hədəf seçən İran İslam Respublikasının din xadimlərinə qarşı susmağınızı başa düşmürəm. Siz işçisi olduğunuz Qafqaz Müsəlmanları İdarəsindən və onun rəhbərliyindən qorxursunuz, yoxsa İran rəhbərliyindən?

İzn verin sizə bir az İslamda Vətən anlayışı barədə bir neçə məlumat verim.

Məlumunuz olsun ki, İslam – həqiqət və müdriklik dinidir. Bu din müsəlmanları vəhdətə və birliyə çağırır və camaatdan ayrılmış qruplaşmalardan və fitnədən uzaq durmağı əmr edir. Odur ki, müsəlman öz həmvətənləri ilə əlaqə saxlamalı , onlarla bir olmağa doğru can atmalı və öz aralarında yardımlaşma bağlarını möhkəmləndirməlidir. Bir sözlə, İslam dininə müvafiq olaraq müsəlman öz ölkəsinin təhlükəsizliyini və sabitliyini təhdid altına salan daxili və xarici təşkilatlarla əməkdaşlıqdan çəkinməlidir. Belə təhdid olacağı təqdirdə isə susmamalıdır.

Qurani Kərimi oxumusunuz. İslamda vətən anlayışı Quran etibarilə “ərz”, “bələd”, “bəldə”, “diyar” , hədislərdə isə bizim dilimizdə də işlədildiyi kimi “vətən” şəklində ifadə olunmuşdur. Bu o deməkdir ki, İslamın insandan tələb etdiyi ilk iş yaşadığı məkanını, vətənini abadlaşdırmaqdır. Bu barədə Hud surəsinin 61- ci ayəsində belə buyurulur: “Sizi torpaqdan yaradan, orada həyat verən və oranı abadlaşdırmağınızı istəyən Odur”

Bilirsiniz, İmam Əli (ə) nə deyir?: “Ölkələr vətən sevgisi ilə abad olar”.

Yaxud İmam Əli (ə) nəslindən olan İmam Zeynülabidin (ə) etdiyi duada nə deyir: “Allahım, bizə ruzi bolluğu və vətənimizin əmin amanlığını bəxş et!”

Hörmətli Hacı Şahin,

Bilirsiniz, Azərbaycanda və dünyada elə dini təriqətlər var ki, onlar “vətən” anlayışını qəbul etməyərək özlərini yalnız müəyyən islami camaatlara və ya təşkilatlara aid edir və bununla da onların rəhbərlərinə və idarəçilərinə tam sadiq olurlar. Bu cür insanları milli kimlik və dövlət mənsubiyyəti maraqlandırmır. Əksinə, onlar vətəndaşları olduqları doğma müsəlman ölkəsini öz vətəni hesab edən hər kəsi qınayır və onlara nifrət bəsləyirlər.

Mən sizin susmağınızdan belə başa düşürəm ki, siz də, deyəsən, bunlara aidsiniz. Bilirsiniz, susmaqla sizin özünüzü nə qədər Vətəndən kənarda tutduğunuz görünür. SİZİN bu DÜŞÜNCƏNİZ “islam siyasəti” (əs-siyəsə əş-şəriə) prinsiplərinə ziddir. Çünki İslam müasir müsəlman dövlətləri zəminində vətən və vətənpərvərlik anlayışlarını nəinki inkar etmir, əksinə, təsdiq və izah edir.
Son olaraq sizə bildirmək istəyirəm ki, mən İslam dini mövzusunda sizin qədər dərin biliyim olmasa da, Vətən və onu necə sevməyi, düşmənə cavab verməyi qat-qat sizdən yüksək bilirəm. Allah Quran ayələri, Peyğəmbər (s) vasitəsilə vətəni qorumağı bir vəzifə kimi bizə göstərmişdir.

Vətəni qorumaq və lazım olduğu zaman onun uğrunda vuruşaraq ölmək İslami vəzifələrin ən vaciblərindən biridir… Çünki din, namus və müstəqillik kimi müqəddəs şeylər yalnız vətən sayəsində mühafizə edilə bilər.

Və son olaraq Peyğəmbərin (s) bir kəlamını yadınıza salım:

“Hubbul- vətəni minəl- iman” yəni “vətəni sevmək iman əlamətlərindəndir”.

Və əgər Siz İran din xadimlərinin cavabını vermək əvəzinə susmağı üstün tutacaqsınızsa, indidən səfinizi bəlli edin.!

Hörmətlə dosent Zaur Əliyev”

www.yenicag.az

2090
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100