!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanlı alim Kanadada ömürlük mükafata layiq görüldü

!Reklam – Yazi

Dünya şöhrətli azərbaycanlı alim, Münhendəki Helmholtz Mərkəzinin professoru, Humboldt mükafatı alan ilk azərbaycanlı alim, Azərbaycanın əməkdar elm xadimi Məsud Əfəndiyev Kanadada fəaliyyət göstərən riyaziyyat elmləri sahəsində araşdırmalar üzrə Fields İnstitutunun ömürlük mükafatına layiq görülüb.

Bu barədə Yenicag.az-a Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Fields İnstitutunun direktoru Prof. Dr. Kumar Murti adından azərbaycanlı alimə məktub ünvanlanıb.

Məktubda deyilir:

“Hörmətli professor Əfəndiyev!

Biz İnstitutun işində iştirakınıza ehtiram əlaməti olaraq sizi Fields İnstitutunun mükafatçılar qrupunda salamlamağa çox şadıq. Sizin tədqiqat nailiyyətləriniz və riyaziyyatçılar cəmiyyətinə xidmətiniz bizim toplum və ümumiyyətlə, bütün riyaziyyatçı alimlər üçün nümunə rolunu oynayır”.

Qeyd edək ki, Fields İnstitutu “Fields İnstitute Fellows” adlandırılan ömürlük mükafatı 2002-ci ildə – öz 10 illik yubileyi çərçivəsində təsis edib. 2002-ci ildən etibarən hər il bu ömürlük mükafatlar Fields İnstitutuna və Kanadanın riyaziyyatçılar birliyinə böyük töhfələr verən görkəmli tədqiqatçı alimlərə verilir.

Məsud Əfəndiyev 2018-ci ildə Toronto Universitetinin (UofT) ve Fields İnsitutunun dəvəti ilə “Deans Distinguished Visiting Professor” statusunda bir semestr boyu (1 yanvar – 30 iyun 2018) Riyaziyyat fakültəsində riyazi biologiya üzrə mühazirələr oxuyub. Həmin müddət ərzində Toronto Universitetinin (UofT) ve Fields İnsitutunun “Thematic Program on Emerging Challenges in Mathematical Biology” birgə layihəsinə başçılıq edib. Bu ali məktəblər və elmi mərkəzlər, adətən, “Deans Distinguished Visiting Professor” statusunda olan Nobel və Fields mükafatı laureatlarını mühazirələr oxumağa dəvət edirlər.

www.yenicag.az

235
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv