!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanlı alim Kembric Universitetində mühazirə dedi - FOTO

!Reklam – Yazi

Kembric Universitetinin İnkişaf Araşdırmaları üzrə Mərkəzi, Kembric Mərkəzi Asiya Forumu və Kembric Universitetinin təşkilatçılığı ilə filologiya elmləri doktoru, professor Rəhilə Qeybullayevanın “Ortaq mədəni keçmişin müasir meyarları: Azərbaycan ədəbiyyatı və onun ətrafında” (“Modern criteria for shared cultural past: Azerbaijani literature and beyond”) mövzusunda onlayn formatda mühazirəsi baş tutub.

Yenicag.az xəbər verir ki, mühazirə Kembric Univeristetinin əməkdaşı Prajakti Kalranın moderatorluğu ilə baş tutub.

MühazirəYə Kembric Universitetinin müəllim, mütəxəssis və tələbə heyəti ilə yanaşı, Azərbaycandan da tələbə və araşdırmaçılar qatılıb.

Professor Rəhilə Qeybullayevanın mühazirəsi maraqla qarşılanıb, mühazirədə irəli sürülən məslələrlə bağlı suallar cavablandırılıb.

Qeyd edək ki, bu, Rəhilə Qeybullayevanın Kembric Universitetindəki 3-cü mühazirəsi olub. Professor bundan öncə dünyanın müxtəlif öndəgələn universitetlərində mühazirələr deyib.

Aqil Bəkir

www.yenicag.az

619
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv