!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanlı "Amazon"da işə qəbulundan danışdı: "Müsahibədə rəhbərlik soruşdu ki..."

!Reklam – Yazi

“Amazon” rəhbərliyi burada işlərin daha fərqli icra olunduğunu vurğulayaraq: “Bizim üçün əsas məsələ işçinin ofisdə oturması yox, hər hansı yerdən işi idarə etməsidir”, – dedi”.

Yenicag.az xəbər verir ki, bunu “Deyv Ulrik ilə Dünya İnsan Resursları Sammiti 2024” çıxış edən “Amazon”un Yaxın Şərq, Afrika, Sinqapur və Çində İşçilərlə Əlaqələr şöbəsinin rəhbəri Vüqar İbrahimov deyib.

O, sammit iştirakçıları ilə “Amazon” şirkətində iş qəbulu ilə bağlı təəssüratlarını bölüşərkən rəhbərliyin sözlərini xatırladıb:

“İnsan Resursları bölməsində müsahibədə olarkən məndən harada işlədiyimlə bağlı suallar verildi. İşlədiyim şirkətləri sayarkən qəribə təəssüratla qarşılaşdım. Onlar mənə sualı yalnış anladığımı bildirərək hansı şirkətlərdə yox, haradan işlədiyimi öyrənmək istədiklərini qeyd etdilər. Yəni kafedə, restoranda, “Mall”da, yaxud evdə.
Azərbaycanda olarkən normal olaraq hər kəs kimi, səhər 9-da iş yerimdə olub, axşam 6-da çıxdığımı dedim. Cavabında isə “Amazon” rəhbərliyi burada işlərin daha fərqli icra olunduğunu vurğulayaraq: “Bizim üçün əsas məsələ işçinin ofisdə oturması yox, hər hansı yerdən işi idarə etməsidir”, – dedi”.

Nəsimi Ələsgərli

www.yenicag.az

227
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv