!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycanlı aparıcı İstanbulda Ajda Pekkanla özəl məclisdə - Ona nə qədər QONORAR VERİLİB?

!Reklam – Yazi

Türkiyəli məşhurlar yüksək qonorar müqabilində Azərbaycanda toy və ad günü məclislərinə qatıldığı kimi, bizimkilər də artıq qardaş ölkənin özəl tədbirlərinə dəvət almaqdadırlar. Tanınmış aparıcı Cavid Gül məşhur türk sənətçisi Ajda Pekkanla eyni səhnəni bölüşüb.

Yenicag.az-a açıqlama verən aparıcı Türkiyənin İstanbul şəhərində dəvət aldığı ad günü mərasiminə aparıcı kimi qatılıb:

“Bu ilk dəfə deyil. İrem Derici, Mustafa Sandal, Mustafa Cecelinin qatıldığı toy məclislərində aparıcı kimi iştirak etmişəm. Pərviz Sultansoyla birgə işimiz idi. Ajda Pekkanın saatyarımlıq çıxışı nəzərdə tutulurdu, amma düz iki saat səhnədə qaldı. Yaşına baxmayaraq, qadın dayanmadan rəqs etdi, yorulmadı, dincəlmədi, bütün mahnıları oxudu. Ona halal olsun”.

Qeyd edək ki, Cavidin “İnstagram” səhifəsində onun bir çox məşhurla səhnə aldığı video və fotoları görürük.

Maraqlıdır, tez tez istanbulda türkiyəli məhşurlarla eyni səhnəni bölüşən Cavidin qonorarı onlardan nə qədər fərqlənir?

Aldığımız cavab belə oldu: “Qonorar orta statistikdir. Könül istər fantastik olsun, amma reallıq isə “min şükür” deməyə vadar edir.

Cəvahir

www.yenicag.az

424
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv